Bakıda fəaliyyət göstərən məktəblərin və oxuyan şagirdlərin sayı açıqlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir.
Paytaxt ərazisində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir, həmçinin 331 məktəbəqədər təhsil müəssisəsi işləyir.
Həmin təhsil ocaqlarında ümumilikdə 483.223 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 28.437 müəllim məşğul olur. Məktəbəhazırlıq məşğələlərinə isə 22.901 uşaq cəlb olunub.