Paytaxtda 7-9 dekabr tarixlərində “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi davam edir. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçirilir.
Sərgidə Azərbyacanda fəaliyyət göstərən 100-ə yaxın müəssisənin istehsal etdiyi məhsullar, həmçinin müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunur.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi sabaha kimi davam edir. Onlayn qeydiyyat: https://bit.ly/3FIkhV3. Ətraflı məlumat üçün: *0555, +99477 282 01 11.