Ötən gün VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirilib.
"Report"-a istinadən mərasimdə yazıçı Toğrul Mehdi, Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər iştirak edib.
Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinə aid kukla tamaşası, uşaq yazarları ilə görüşlər, kitab təqdimatları, imza günləri təşkil olunub. Sonda isə Xalq artisti Miri Yusif çıxış edib.
6-10 oktyabr ərzində 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunub.
Qeyd edək ki, Kitab Sərgi-Yarmarkası bundan sonra hər il keçiriləcək.