Bakı Fotoqrafiya evində “Azərbaycanın qış gözəllikləri” adlı fotosərgi keçiriləcək. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az “1News”-a istinadən xəbər verir.
Sərginin məqsədi sakinlərin diqqətini Azərbaycanın qışdakı gözəlliklərinə cəlb emək, cavan və istedadlı fotoqraflara dəstək olmaqdır.
Belə ki, yay vaxtı sadə insanların rahat getdikləri yerlər qışda, demək olar ki, əlçatmaz olur və həmin ərazilərin qışdakı gözəllikləri diqqətdən kənar qalır. Bu sərgi vasitəsilə həmin görüntüləri insanlara göstərmək mümkün olacaq.
Sərgi 11 - 12 yanvar 2023-ci il tarixlərində təşkil olunacaq.