Bakı Fotoqrafiya Evində “Litva tatarları” adlı fotosərgi davam edir. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Litvanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilir. Bu haqda AZƏRTAC 12 oktyabr tarixində xəbər verib.
Litva tatarlarının tarixinə həsr olunan sərgidə həm müasir, həm də tarixi əsərlər təqdim olunur. Tarixi fotoşəkillərdə XX əsrin birinci yarısında yaşayan tatarların Litva cəmiyyətinin müxtəlif sahələrinə verdiyi töhfələr əksini tapıb. Müasir fotoşəkillər tatar icmasının həyatını əks etdirir.
Litva Parlamenti tərəfindən bu il ölkədə “Litva Tatarlarının tarixi və Mədəniyyət İli" elan olunub.
Sərgi Bakı Fotoqrafiya Evində noyabrın 2-dək davam edəcək.