Paytaxtda avtomobillərin sayının artması tıxacları qaçılmaz edir. Bu amil ikitəkərli nəqliyyat vasitələrindən istifadəni daha da cəlbedici göstərir. Lakin hazırda ikitəkərli nəqliyyat vasitələrinin şəhərdə rahat hərəkəti üçün xüsusi yol şəbəkəsi yoxdur. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspertlərin təklifi var.
“Babək, 8 Noyabr və Heydər Əliyev prospektlərində üç-dörd-beş cərgəli yollardır. Bu yolların bir hissəsini velosiped üçün, yəni ikitəkərli nəqliyyat vasitələri üçün ayırmaq mümkündür. Həmçinin Qış parkı istiqamətindən Elmlər Akademiyasına qədər, Mətbuat prospekti ilə Həsən Bəy Zərdabi prospektini birləşdirərək “20 Yanvar” metrosuna qədər böyük bir ərazidə, təxminən 21 kilometrə qədər bir ərazidə velosiped zolaqları təşkil edə bilərlər”, - deyə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.
Qaldı ki yağışlı havalarda ikitəkərli nəqliyyat vasitələrindən istifadənin çətinliyinə, ekspertlər hesab edirlər ki, yağışlı günlərin sayı o qədər də çox olmur. İstənilən halda ikitəkərli nəqliyyat vasitələrindən kütləvi istifadə ölkəmizdə mümkündür. Bunun üçün sadəcə infrastrukturun yaradılması kifayətdir.
[caption id="attachment_82788" align="alignnone" width="640"]
Foto ATV-nin rəsmi Youtube kanalı[/caption]