Bakıda divarlara narkotik təbliğ edən şüarlar yazılır. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, paytaxt küçələrində “СК.МЕФ”, “24ks.cc” kimi yazılar müşahidə olunur. Bildirilir ki, bunlar narkotik vasitələr satılan Telegram səhifələrinin adlarıdır.
Məsələ ilə bağlı Rəşad Quliyev, Rauf Əlimuxtarov və Məhəmməd Məmmədli saxlanılıblar. R.Quliyev narkotik alveri ilə bağlı işi internet vasitəsilə tapdığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam edir.