Bakı küçələrinin qardan təmizlənmə işləri davam edir. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az dövlət qurumlarına istinadən xəbər verir.
Paytaxtın rayonlarında prospekt və küçələrə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Ərazilərə duz və kimyəvi maddələr səpilir. Avtobus dayanacaqları və metro çıxışları qardan təmizlənir.
Təmizlik işləri gecə saatlarından başlayıb və gün ərzində davam etdirilməsi planlaşdırılır.
[URIS id=86417]