Bakı kinoteatrları Türkiyə əleyhinə çəkilən "Odda - İki bacı" ("Sisters apart") filminin nümayişindən imtina edib. Bu haqda bu gün, 30 noyabr tarixində Report məlumat verib.
Anti-Türkiyə mövzusunda çəkilən film Azərbaycanda narazılıq yaradıb. Bu səbəbdən kinoteatrlar birmənalı olaraq onu nümayiş etdirməkdən imtina edib.
Amma Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark” biznes mərkəzində nümayiş etdirmək niyyətindədir. Bu barədə sosial şəbəkələrdə elan yerləşdirilib.