Bakı Kitab Mərkəzində 6-12 yaş arası uşaqlar üçün “Novruz dərnəkləri” baş tutacaq. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az xəbər verir.
Dərslər zamanı uşaqlar Novruz ab-havasını yaşadan müxtəlif əşyalar düzəldəcəklər.
Dərnəklər mərkəzin uşaq zonasında fevralın 24-də, martın 2-si, 9-u və 16-sı saat 12:00-dan 14:00-dək keçiriləcək.
Biletin qiyməti 5 manatdır. Biletlər mərkəzin kassalarında satılır.