Bakı-Ələt yolunun üzərində yerləşən körpü sürücülər üçün təhlükə saçır. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Körpünün ətrafında bəzi hissələrdə arakəsmələr yoxdur, bu da qəzalara səbəb olur. Sürücülər yaranmış vəziyyətə görə narahatdırlar.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, məsələdən xəbərdardırlar, əraziyə baxış keçiriləcək. Problemin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.