Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimə müraciətləri qəbul edir. Bu haqda 18 oktyabr tarixində Peşə Təhsil üzrə Dövlət Agentliyi xəbər verib.
Təlim iştirakçıları qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlığa, yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.
Təlimlər 1 ay ərzində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində yerləşən Bakı Mühafizə Məktəbində keçiriləcək.
Namizədlər:
- 20 yaşdan yuxarı şəxslər
- Hərbi xidmət keçmiş şəxslər (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər istisna olmaqla)
- Məhkumluğu olmayan şəxslər
- Fiziki cəhətdən sağlam şəxslər
- Minimum orta təhsilli şəxslər
Tələb olunan sənədlər:
- sağlamlıq haqqında arayış
- məhkumluq haqqında arayış
- hərbi xidmətdə olduğuna dair təsdiqedici sənəd (qadınlar və qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və azad edilənlər təsdiqedici sənəd təqdim etməlidirlər)
Təlim ödənişsiz əsaslarla keçiriləcək və təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.
Müraciətləri 25 oktyabr, 2021-ci il tarixinədək https://bit.ly/3BRdghn linkə daxil olub göndərə bilərsiniz.