Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verir. Bu haqda Bakı Şəhər üzrə Təhsil İdarəsi xəbər verib.
Layihə I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edəcək. Layihənin əsas məqsədi I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimləri tanıtmaqdır.
Layihəyə uyğun olaraq, müharibədə iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.