Bakı şəhəri üzrə məktəblərdə payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb. Bu haqda 13 oktyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi xəbər verib.
Məktəblərdə qazanxanalar, dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır. Həmçinin yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olmasına baxış keçirilib. Qurumdan şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması tapşırılıb.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində olan 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.