Bakının orta məktəblərində qarlı hava şəraiti ilə əlaqədar dərslərə davamiyyət azalıb. Bu barədə bu gün, 9 yanvar tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qurumdan, həmçinin bildirilib ki, hava şəraiti ilə bağlı Bakıdakı təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb.
Şagirdlərin və müəllimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla əlaqələr gücləndirilib.