“Bakı Metropoliteni” QSC yeni nəsil, sayca 20-ci qatarı xəttə buraxıb. Bu haqda bu gün, 30 dekabr tarixində Report məlumat verib.
Bununla yanaşı, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət daha üç qatar sazlandıqdan və sınaqdan keçirildikdən sonra mərhələli şəkildə sərnişin daşımalarına cəlb olunacaq. Beləliklə, ölkənin vaqon parkında yeni nəsil vaqonların sayı 115-ə, qatarların sayı isə 23-ə çatacaq.