top
Bakı metrosunda təhlükəsizlik boşluğu ciddi problemlər yarada bilər - ARAŞDIRMA
25 oktyabr 2024, 03:36
- ↺ +

Bakı metrosunda təhlükəsizlik boşluğu ciddi problemlər yarada bilər - ARAŞDIRMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı metrosunun stansiyalarında təhlükəsizlik məqsədilə quraşdırılan “X-Ray” aparatları sərnişinlərin çantalarını yoxlamaqla kifayətlənir. Lakin bu cihazların digər versiyaları var ki, onlar üzərimizi də yoxlayaraq tam təhlükəsizliyi təmin edirlər. Bu cihazlar qonşu və qardaş Türkiyə metrolarında quraşdırılıb. Azərbaycanda isə həmin cihazlardan hava limanları, “Mall”lar, “ASAN xidmət" mərkəzlərində istifadə olunur.

Maraqlıdır, hazırda Bakı metrosunun stansiyalarında istifadə olunan “X-Ray” cihazları üzərində təhlükəli əşya ilə metroya daxil olan şəxsləri müəyyənləşdirə bilirmi?

Publika.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərib.

Nazirlikdən bildirilib ki, metropolitendə polis idarəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində gündəlik olaraq bütün zəruri tədbirlər görülür:

“Ümumiyyətlə, metropolitendə bütün zəruri texniki imkanlar mövcuddur və nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Belə ki, şübhə doğuran şəxslərin yoxlanılması, həmçinin qadağan olunmuş əşyaların metropoliten ərazisinə keçirilməsinin qarşısının alınması müasir avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Metropolitendə təhlükəsizlik qaydalarını pozan şəxslər kamera, digər şəxslərin müraciəti əsasında və ya polis əməkdaşları tərəfindən aşkarlanarsa, müvafiq tədbirlər görülür.

Bundan başqa, polis əməkdaşları tərəfindən Bakı Metropoliteni ərazisində eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçid, platforma və vaqonlarında tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmiryoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti, texniki otaqlara, havalandırma köşklərinə, tunellərə və ümumiyyətlə metropoliten işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və s.) istifadə etməyə görə qaydaları pozan şəxslər aşkarlanarsa, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunur”.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə qeyd edib ki, metro strateji obyekt olduğu üçün burada təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:

“Stansiyaların ərazisində videonəzarət, hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən ciddi nəzarət həyata keçirilməlidir. Stansiyaların girişlərində yerləşdirilən “X-Ray” aparatları ilə çantaların yoxlanışı həyata keçirilir. Sərnişinlərin bir-bir yoxlanılması məsələsinə gəldikdə isə bu, həm fiziki, həm də vaxt baxımından demək olar ki, mümkünsüzdür. Bəli, bütün bədəni skan edən “X-Ray” cihazları mövcuddur və bir çox ölkələrdə metroda da istifadə olunur. Lakin bu cihazlar bütün metal əşyalara qarşı siqnal verir. Bu səbəbdən onların hər birinin yoxlanılması prosesi zaman tələb edən bir faktordur”.

Ekspertin sözlərinə görə, bu proses sərnişin və ya müştəri sayının dəqiq məlum olduğu sahələrdə səliqəli şəkildə həyata keçirilir:

“Hava limanları, konsert zonaları və bunun kimi sahələrdə insanlar bir neçə saat əvvəlcədən həmin yerə gedir. Bu ərazilərdə bütün təhlükəsizlik proseslərini həyata keçirmək üçün vaxt əlçatandır. Bildiyimiz kimi, gün ərzində bir metrodan minlərlə sərnişin istifadə edir. Əgər bu cihazlar stansiyalara quraşdırılsa, cihazdan keçən demək olar ki, hər şəxsdə siqnal səsi eşidiləcək. Çünki hər kəsin üstündə qəpik, saat, kəmər kimi əşyalar olur. Həmin əşyaları xüsusi masalara qoyaraq cihazdan keçmək isə vaxt aparan prosesdir. Bu, həm də oğurluq kimi xoşagəlməz hadisələrə də yol aça bilər. Onu da qeyd edim ki, son zamanlarda müasir texnologiyalarla hazırlanmış "X-Ray" cihazları var ki, metroda onların quraşdırılması daha əlverişli olar. Hazırda Azərbaycanda mövcud olan həmin cihazlar bütün metallara qarşı siqnal verir. Lakin son texnologiya ilə hazırlanan cihazlar metal əşyaların ayırd edilməsində mühüm rol oynayır".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Oxşar xəbərlər