Bakının 101 yaşlı sakini prezident seçkilərinə hazırlaşır. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Rəhilə Hacıyeva 1923-cü ilin 1 yanvar tarixində Bakı şəhərində anadan olub. Onun 14 nəvəsi, 26 nəticəsi var.
“Mənim atam İçərişəhərlidir, anam da bakılıdır, Aşurbəyovlardandır. 1-ci dəfə burada oxudum qurtardım. Ondan sonra Naxçıvana getmişdim. Yoldaşım oralı idi. Naxçıvanda 30 il poliklinikada diş həkimi işləmişəm”, – deyə R.Hacıyeva danışır.
1 əsir yaşamış Rəhilə nənə Qarabağı da xatırlayır, o torpaqlara bir daha ayaq basmaq istəyir:
“Füzulidə olmaq istəyərdim. Şuşa çox uzaqdır. Qorxuram, gedib çıxa bilmərəm”.
Rəhilə Hacıyeva şəxsən seçki məntəqəsinə gedib səs vermək niyyətindədir:
“Mən istəyirəm ki, özüm maşınla gedim o seçki məntəqəsinə, orada özüm səs verim. Mənə deyirlər: “Yox, sən getmə, bura qutu gətirəcəyik”, – deyə o əlavə edib.