Yasamal və Qaradağ rayonlarında bu gün qaz olmayacaq. Bu haqda 19 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yasamal rayonu, Mətbuat prospekti, 48 ünvanında yerləşən qaz quyusunda sızmanın aradan qaldırılması səbəbindən rayonun bir neçə ərazilərində qaz olmayacaq. Məhdudiyyət Mətbuat prospekti, Zərdabi, M.Seyidov, Z.Xəlilov, Ə.Cəmil küçələrində 2000 abonenti əhatə edəcək.
Qaradağ rayonunda magistral qaz kəmərinin dəyişdirilməsi səbəbindən rayon ərazisində qaz olmayacaq. Məhdudiyyət Sahil, Ümid, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrində, Yol evləri, Bağ evləri yaşayış massivlərində 11.120 istehlakçını əhatə edəcək.