Bakının Xəzər və Qaradağ rayonlarında qaz təchizatında fasilə yaranıb. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Məhdudlaşdırmalar saat 09:00-dan başlanıb və təmir-quraşdırma işləri ilə əlaqəlidir.
Xəzər rayonunun Mərdəkan bağları, Stansiya Qala və Mərdakan yeni yaşayış massivləri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazilərində işlər başa çatanadək qaz təchizatının dayandırılması nəzərdə tutulub.