Bakının bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
“Əhmədli” qazpaylayıcı stansiyasının ərazisində siyirtmənin yenisi ilə əvəz olunması ilə əlaqədar Xətai rayonunun Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrində 5000 abonentin qaz verilişində fasilə yaranacaq.
Ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, Mustafayev, A.Pəri, Novruzov, Bakıxanov küçələrində 3500 istehlakçının qaz təchizatı dayandırılacaq.
Qaz xəttinin şəbəkədən ayrılması səbəbindən Xəzər rayonunun Binə qəsəbəsi, Gürcüstanlılar məhəlləsində 4000 istehlakçının qazı olmayacaq.
Hər 3 ərazidə fasilə 14 fevral saat 10:00-dan etibarən başlayacaq.