Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 5 məktəbdə direktor vəzifəsi Təlimə Dəstək Mərkəzinin metodistlərinə həvalə edilib. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Verilən məlumata əsasən, 144 nömrəli məktəbin direktoru vəzifəsi İlahə Həmidovaya, 101 nömrəli məktəbin direktoru vəzifəsi Səkinə Hüseynovaya, 285 nömrəli məktəbin direktoru vəzifəsi Çinarə Cəbrayılovaya, 290 nömrəli məktəbin direktoru vəzifəsi Kunzala Həmidovaya, 107 nömrəli məktəbin direktoru vəzifəsi Səidə Əhmədovaya həvalə olunub.
Məktəb rəhbərliyinin səlahiyyətlərinin metodistlərə həvalə edilməsində əsas məqsəd BŞTİ-nin ümumi təhsil müəssisələrinin rəhbərliyinə müasir tədris proqramlarının tələbləri əsasında metodik (mentorluq) dəstək göstərmək və keyfiyyətə nail olmaq üçün müvafiq istiqamətlərdə daha yaxından metodiki köməklik göstərməkdir.