Bakının 2 rayonunda qazın verilişi dayandırılıb.
Azəriqaz xəbər verir ki, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz kəsilib.
Məhdudiyyət Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatiski küçəsinin bir hissəsini əhatə edib.