Paytaxtın bir ərazisində qaz təchizatında fasilə yaranıb.
Bakuplus.az “Azəriqaz” İB-ya istinadən xəbər verir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ünvanında d325 mm-lik qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə qaz təchizatı dayandırılıb.
Təmir işləri zamanı Xətai rayonu, Məhəmməd Hadi, Şirvani, Qaçaq Nəbi, Sarayevo, Kənd Əhmədlinin bir hissəsində 6000 istehlakçının qaz təchizatında qaz olmayacaq.