Bakının Xəzər rayonunda qaz təchizatında fasilə yaranıb. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
Bu gün, 24 avqust saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində təmir işləri aparılır.
Aparılan işlər zamanı Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna qəsəbəsinin, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin abonentlərinin qaz təchizatı dayandırılacaq.