Bakının Yasamal rayonu, Moskva prospektində qaz təchizatı dayandırılıb. Bu haqda Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Ərazidə yeraltı qaz sızması ilə bağlı təmir işləri aparılacaq.
Təmir işləri aparıldığı müddətdə 1000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Daha öncə məlum olub ki, paytaxtın Xətai, Suraxanı və Qaradağ rayonlarının bəzi hissələrində də qaz təchizatı dayandırılıb.