Bakı və Abşeron yarımadasına yağan leysan avtomobil yollarında bərbad vəziyyət yaradıb.
Bakuplus.az xəbər verir ki, artıq 2 gündür paytaxt və ətraf ərazilərdə aramsız yağan yağışlar yol qovşaqlarında yerləşən tunellərdə fəsadlara səbəb olub.
Təhlükəli vəziyyət Sabunçu ərazisində də qeydə alınıb. Tuneldən avtomobillə keçməyə cəhd edənlər olsa da, bu cəhdləri uğursuzluqla nəticələnib. Yaranan vəziyyətin görüntüləri sosial şəbəkələrdə istifadəçilərin narazılığına səbəb olub.
Həmin videonu təqdim edirik: