Bakıda 149 və 184 saylı tam orta məktəblərdə ənənəvi tədris bərpa olunub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Müvafiq olaraq Xəzər və Qaradağ rayonlarında yerləşən təhsil müəssisələrində karantin müddəti başa çatıb. Gigiyena və Epidemiologiya Mərkəzi bu barədə qərar verib.
Son sutka ərazində ölkə ərazisində 7632 nəfər koronavirusa yoluxub, 24 nəfər dünyasını dəyişib. Aktiv xəstə sayı 50.896 nəfərdir.