Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlayıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Reydlər Suraxanı və Yasamal rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən quraşdırılmış qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 24 obyektdə görülüb.