Bakı Nəqliyyat Agentliyi könüllü qəbuluna start verir. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Nəqliyyat sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən 18 və yuxarı yaşı olan şəxslər bu şansdan yararlana bilərlər.
CV-ləri 23 yanvar 2023-cü il tarixinə qədər konullu@bna.az elektron ünvanına göndərmək mümkündür.
Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə imeyl vasitəsilə məlumat veriləcək.