Bakıda 90-cı illərin ulduzları konsert verəcəklər. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az iticket.az-a istinadən xəbər verir.
“Bakı Payızı” adlı qala-konsertdə 1988-2023-cü illərin ulduzları bir araya gələcəklər. Bundan əlavə, 35 il sonra keçirilən eynidalı müsabiqənin qalibləri açıqlanacaq. Konsertdə 5 müxtəlif janr üzrə qaliblər birlikdə səhnəyə çıxacaq, onlara qələbə bəxş edən yeni mahnıları iştirakçılar üçün səsləndirəcəklər. Həmçinin onlar estradamızın məşhurları və ən sevilən müğənnilərlə duet oxuyacaqlar.
Biletləri iticket.az saytından almaq mümkündür. Qiymətlər 40-120 AZN arası dəyişir.