Bakının əsas prospektlərinin birində velozolaqların salındığı bildirilir. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Bildirilir ki, hazırda yenidənqurma işləri aparılan 8 Noyabr prospektində yeni velosiped zolaqları salınır. Zolaqların hara qədər uzanacağı barədə məlumat verilmir.
Bununla bağlı rəsmi xəbər də hələ yoxdur.