Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində “Bakavtomat” adlanan ərazini qrunt suları basıb. Xezerxeber.az-ın məlumatına görə, buna səbəb burada kanalizasiya xəttinin olmamasıdır.
Bu məsələ ilə bağlı “Azərsu” ASC qeyd edib ki, qrunt sularının kənarlaşdırılması onların səlahiyyətlərinə aid deyil.
“Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Fərdi yaşayış evlərində formalaşan tullantı suları əhali tərəfindən kustar üsulla yaradılmış qurğulara axıdılır. Bakı şəhəri və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması layihələri çərçivəsində gələcəkdə Binə qəsəbəsində tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur”, - qurumdan əlavə edilib.