Bakı sakini qanunsuz balıq ovuna görə saxlanılıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri zamanı Xaçmaz və Xızı rayonları akvatoriyasında keçirilən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər tutulublar.
Onların arasında Qaradağ rayon sakini də olub. Şübhəli şəxslərdən ümumilikdə 150 m uzunluğunda sintetik tor və xeyli sayda qanunsuz ovlanmış balıq aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı protokol tərtib edilib və ümumilikdə 2800 manat məbləğində cərimə tətbiq olunub.