Bakı Slavyan Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təhsil müəssisəsinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova dünyasını dəyişib.
Elm xadimi Pedaqoji Dillər İnstitutunu fərqlənmə ilə bitirib. O, yüksək ixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib, Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.