Bir-neçə ay öncə Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq ayrılıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Ayrı zolağın çəkilməsində məqsəd ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzilbaşına daha tez çatması olub. Bu, sürücülər və sərnişinlər arasında əks-fikirlərə səbəb olub.
Minik avtomobillərinin sürücüləri yollarının daraldığını, əvvəlki dövrlə müqayisədə çox çətinliklə hərəkət etdiklərini deyirlər.
Avtobus sürücüləri və sərnişinləri isə, əksinə, yaradılmış vəziyyətdən razıdırlar. Onlar avtobus zolağı ilə evə daha tez çatdıqlarını bildirirlər.
Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov bildirib ki, çəkilən zolağın təşkil edilməsindən sonra avtobuslar son dayanacağa kimi 22-24 dəqiqə tez çatır.