Bakıda xəstəxanalara qəbul növbəsi problemi həll olunmur. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Bakı tibb müəssisələrində insanlar saatlarla növbə gözləməli olurlar. Bəzən onlar həkimi görmədən evə qayıdırlar.
“Araba xəstəsi saatlarla qapının ağzında qalır. Növbələr çoxdur. 3 saatdır növbə gözləyirik. Heç olmasa, oturacaq olsaydı, ayaq üstə durmazdıq”, – deyə sakinlər bildirirlər.
Yaxın keçmişdə onlayn növbə sistemi tətbiq olunsa da, bu xidmət hələ ki özünü doğrultmur. Bəzi xəstəxanalarda insan axını çox olduğundan onlayn növbə sistemi yararsız olur.
“Onlayn növbə sistemi başdan düzgün qoyulmadı. İnsanlar bu sistemə hazır deyillər. Sakinlər bəzi hallarda günlərlə həkimi gözləməlidirlər. Dünyanın hər yerində belədir. İnqiltərədə 6 ay həkim gözləyirlər”, – deyə ekspert Adil Qeybulla bildirib.
TƏBİB isə randevu sisteminin test rejimində olduğunu qeyd edərək, açıqlama verməkdən imtina etdi.