Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan təhlükəli hasar təmir olunur. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az İTV-yə istinadən xəbər verir.
Belə ki, məktəblilərin sıx istifadə etdikləri təhlükəli yolda yenidənqurma işlərinə başlanılıb. Yavər Əliyev küçəsində qəzalı hasar sökülərək, yenisi ilə əvəzlənəcək, kələ-kötür yollar bərpa olunacaq. Hazırda ərazidə söküntü işləri aparılır.
Bir neçə gün öncə Bakıxanov qəsəbəsində qəzalı hasarın təhlükə saçdığı barədə məlumat verilmişdi.