Bakıda qarlı hava davam edəcək. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, paytaxtda havanın temperaturunun gecə 2-4 dərəcə şaxta, gündüz isə 0 dərəcə olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qar yağacaq və mülayim şimal-şərq küləyi əsəcək.
Sakinlərdən diqqətli olmaları xahiş olunur.