Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin təkrar imtahan vermələrinə şərait yaradılacaq. Bu haqda bu gün, 9 yanvar tarixində ADPU-nun mətbuat xidməti məlumat verib.
Universitetdə imtahanların təşkilində hər hansı problem yoxdur. Lakin qarlı şəraitlə bağlı imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr icazəli hesab olunacaqlar və onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.