Bakı Zooloji Parkında 27 noyabr tarixində “Gecə turu” keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 25 oktyabr tarixində xəbər verir.
Tura qatılaraq günəş batandan sonra heyvanlar aləmində nələrin baş verdiyini izləyə, gecə aktiv olan heyvanları daha yaxından seyr edə bilərsiniz.
İştirak etmək istəyənlər 27 noyabr, 20:00-da Bakı Zooparkına yaxınlaşa bilərlər.
Turun müddəti 2 saat təşkil edəcək.
Biletləri zooparkın kassalarından, həm də onlayn eldə etmək olar.