Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.az xəbər verir ki, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü İsmayılova Rəfiqə Yorulmaz qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.