top
Bakıdakı “Butulka piri” – Buzovnadakı şüşə qıranlar + FOTO  
10 fevral 2025, 05:15
- ↺ +

Bakıdakı “Butulka piri” – Buzovnadakı şüşə qıranlar + FOTO  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının ən qədim qəsəbələrindən olan Buzovnada çoxlu tarixi abidələrdən biri də əsl adı “Nəsrani” , “Tərsa piri” olan, el arasında “Butulka piri” kimi tanınan qədim alban məbədidir. Azərbaycanda əvvəllər xristian və xaçpərəstləri nəsrani, tərsa adlandırıblar. Buranı “Qorxu piri” adlandıranlar da var.

18-ci əsrdən etibarən çoxları bu alban məbədini müqəddəs bilib, bura nəzir gətirib, parça, dəsmal, yaylıq bağlayıb, dilək tuturlar. Eyni zamanda xalq arasındakı inanca görə, burada "butulka" (şüşə) sındırmaq da vacibdir. Belə düşünülür ki, hər diləyə görə şüşə qab sındıran şəxsin diləkləri həyata keçir.

Bəs butulka qırmaq və buranın pir olması ideyası hardan gəlir?

Tarixçi Zaur Əliyev iddia edir ki, yəhudi və nəsrani inancına görə, ölkələrindən kənarda yaşayanlar hər şənbə-bazar günü istirahət edirdilər, gəlirdilər bura, saxsı qablarda içkilər içirdilər, sonradan onu burda sındırırdılar: “Bu ənənə onunla bağlı idi ki, saxsı qabı sındıran şəxs gələn il öz torpağına, ata yurduna geri dönməyə niyyət edir və and içirdi. Bu günün özündə də klassik yəhudilərdə bu adət qalıb. Şəxsən Amerikada öz gözümlə yəhudilərin bu adəti icra etməsini onlara qonaq olanda görmüşəm. Məhz bu adət sonradan müsəlmanlar tərəfindən qorxunu götürmək, niyyət tutmaq kimi başa düşülür və bu günə qədər də buranı pir hesab edib gəlib butulka qırır, ip bağlayır və arzu edirlər. Amma real tarix, faktlar bu adətin islama heç bir aidiyyəti olmadığını təsdiq edir. Qeyd edim ki, 1937-ci ildən 1952-ci ilə qədər abidənin bir yarısı sökülüb”.

Buzovnadan olan ağsaqqalların bəziləri isə iddia edir ki, bura qədim Hun məbədidir. Bu qədim məbədi kilsəyə, sinaqoqa bağlamaq düzgün deyil.

Ağsaqqallar deyir ki, sovet dövründə bu piri təmizləmək cəhdləri olub. Onların sözlərinə görə, 70-ci illərdə bir dəstə tədqiqatçılar oranı qazıdılar və 80 sm dərinliyinə qədər yalnız şüşə çıxıb. Onlar isə işi saxlayıblar.

Kamran Rza

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Xəbər
Dünən, 10:08

Ağır qəzada xəsarət alan sürücü xəstəxanada öldü

Xəbər
Dünən, 00:01

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
07 oktyabr 2026, 18:00

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbər
07 oktyabr 2026, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
07 oktyabr 2026, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
07 oktyabr 2026, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
07 oktyabr 2026, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
07 oktyabr 2026, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
07 oktyabr 2026, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
07 oktyabr 2026, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Oxşar xəbərlər