Bakıda “BakuBus” MMC-yə məxsus sərnişin avtobusunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 dekabr tarixində Baku.ws məlumat verib.
Sosial şəbəkələrdə yayılan videoda avtobusun arxa hissəsinin alovlandığı görünür.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, alovlanma 205 nömrəli xətt üzrə avtobusda texniki nasazlıq səbəbindən baş verib: "Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".