Ötən il ərzində “BakuBus” avtobusları ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
İctimai nəqliyyat vasitəsi ilə paytaxt ərazisində 123 milyon 673 min 912 sərnişin daşınıb. Bu rəqəmlər 2022-ci illə müqayisədə 15% daha çoxdur.
Sözügedən avtobuslarla daşınan sərnişinlərin sayı 2022-ci ildə 107 milyon 138 min 73 nəfər təşkil edib.