Paytaxtın balıq bazarında qiymətlər artıb. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Hava soyuyarkən, bazarlarda balığa tələbat artır. Ən çox seçilən balıq farel balığıdır. Onun qiyməti 11-12 manat aralığında dəyişir. Digər balıq isə dəniz sazanıdır, onun qiyməti isə 7-10 manatdır. Xan balığı isə 7 manatdır. Ən bahalı balığ bölgə balığıdır, onun qiyməti 38 manat civarındadır.
Alıcıların sözlərinə görə, ötən ildən bəri məhsulun qiyməti 1-2 manat arasında bahalaşıb. Lakin kütüm balığının qiyməti ciddi artıb. Əvvəl onun qiyməti 10 manat idisə, hazırda o, 17-18 manat aralığında satılır.
Satıcılar bildirirlər ki, bu balığın qiymətinin artmasının səbəbi ondadır ki, hazırda dənizdə kütüm qıtlığı müşahidə olunur. Amma dekabr-yanvar aylarında onun qiymətinin azalması gözlənilir.