Sabunçu rayonu, Balaxanı qəsəbəsində abadlıq işləri aparılır. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Genişmiqyaslı yenidənqurma işləri çərçivəsində daxili yollar təmir olunur, yeni kanalizasiya, qaz, su, işıq xətləri çəkilir, eləcə də təmirə ehtiyacı olanları yenisi ilə əvəz olunur. Bundan əlavə, qəsəbənin Şəfqət küçəsinin 4000 kv.m, Gülüstan küçəsinin isə 6000 kv.m ərazisinə asfalt örtüyü vurulur.
Rayonun digər qəsəbələrində də təmir-bərpa işləri mərhələli şəkildə davam edir.
[caption id="attachment_130427" align="alignnone" width="640"]
Foto Sabunçu rayon İcra Hakimiyyəti[/caption]