top
Balaxanı sakinləri narazıdırlar: Qan yağış suyuna qarışır
25 dekabr 2024, 01:29
- ↺ +

Balaxanı sakinləri narazıdırlar: Qan yağış suyuna qarışır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı musavat.com-a müraciət ediblər.

Sakinlər şikayətlərində bildiriblər ki, kənd Balaxanıda ümumi yollar təmir olunsa da, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.

Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.

“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür”, - yaxınlıqda yaşayan sakin Qəzənfər Quliyev deyir.

Onun sözlərinə görə, yolun bu vəziyyətə düşməsinə vaxtı ilə fəaliyyət göstərən Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınları səbəb olub. Belə ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb.

Sakin Əhməd Cəfərov isə bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb:

“Maşınlarımız yararsız hala düşüb. Bu yol, ərazi Allahın belə yadından çıxıb. Qalmışdı ki, icra bizi yada salsın”.

Mirzə İsmayılov deyir ki, buranın problemi təkcə yolun dağılması ilə bitmir. Eyni zamanda ərazi tamamilə unudulub:

“Yolun kənarına qoyulan zibil qabları vaxtında daşınmır. Halbuki ətraf ərazilərdə zibil qabı qoymaq üçün xeyli boş ərazilər var. Buna baxmayaraq, gətirib yol qırağına düzüblər. Yaxınlıqdakı qəssabxanaların leş ətləri bu zibil qablarına atılır. Vaxtında daşınmadığı üçün üfunət iyindən burada durmaq mümkün olmur. Qəssabxanalardan axan qan küçənin yağış suyu ilə qarışır, antisanitariya vəziyyəti yaradır. Dözülməli iy deyil. Qoy rəsmi qurumlar bizi unutmasın”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyib ki, sözügedən yollar agentliyin balansında deyil.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Balaxanı qəsəbəsində Süleyman Rəhimov küçəsinin də investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər