Bakının Səbail rayonu, Bayıl qəsəbəsində Neftçilər prospektinə alternativ olan Ziya Yusifzadə və Əlibəyov qardaşları küçələri dağıdılıb. Bu haqda bu gün, 19 aprel tarixində Avtosfer.az məlumat verib.
Avtoekspert Elməddin Muradlının sözlərinə görə, yolu bu günə salan həmin ərazidə tikinti işləri aparan şirkət və “Azərsu” ASC-dir. Küçədə qazıntı işlərinə görə sürücülər bu alternativ yoldan istifadə edə bilmirlər.
“Maraqlıdır, sanki bu işlər “Formula 1” yarışları ərəfəsində məqsədyönlü şəkildə aparılıb, yolu qazıb bərbad vəziyyətə salaraq o formada da işləri yarımçıq dayandırıblar”, - Muradlı deyir.