Səbail rayonu, Bayıl qəsəbəsində qaz kəsilib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qəsəbənin Qurban Abbasov, Ziya Yusifzadə, Aydın Məmmədov, Əli Nəzmi, Mikayıl Hüseynov, Cənub dərə küçələrində 4500 abonentin qazı kəsilib.
Məhdudiyyət təmir işləri bitənə qədər davam edəcək.